İtaliyada işçilər ümumi tətil ediblər

İtaliyada iki böyük həmkarlar ittifaqının çağırışı ilə işçilər ümumi tətil ediblər.

1748737
İtaliyada işçilər ümumi tətil ediblər

İtaliyada iki böyük həmkarlar ittifaqının çağırışı ilə işçilər ümumi tətil ediblər.

Dekabrın 16-da baş tutan etiraz aksiyası hökumətin 2022-ci il büdcə planına qarşı keçirilib. Dövlət və özəl sektorda çalışanlar 8 saatlıq tətil ediblər.

Paytaxt Roma ilə yanaşı, Milan, Bari, Palermo və Kalyari şəhərlərində də mitinqlər keçirilib.

Həmkarlar ittifaqları hazırlanmış büdcənin və nəzərdə tutulan iqtisadi siyasətin yetərli olmadığını iddia edərək büdcədə yoxsul insanlara daha çox yardımın ayrılmasını tələb ediblər.

Tətillə əlaqədar ölkə daxilində gün ərzində bir çox sahədə xidmətlərdə, xüsusən də nəqliyyatda fasilələr yaranıb. Bəzi hava yolu şirkətləri İtaliya şəhərlərinə olan aviareysləri təxirə salıb.



Әlaqәli Xәbәrlәr