Bayden və Sauli Niinistö  Ukrayna  məsələsini müzakirə  ediblər

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Finlandiya prezidenti Sauli Niinistö  ilə   görüşüb.

1747281
Bayden və Sauli Niinistö  Ukrayna  məsələsini müzakirə  ediblər

İki  lider  arasında   baş tutan telefon danışığında    Ukrayna ilə bağlı regionda gərginliyi azaltmaq üçün transatlantik səylərin vacibliyinə diqqət çəkilib.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden və Niinisto  arasında dünən baş tutan  telefon danışığında liderlər  Rusiyanın Ukrayna sərhədində hərbi  yığınaq  etməsindən  narahat olduqlarını  səsləndiriblər. Regionda gərginliyin azaldılması üçün transatlantik səylərin  artırılmasının vacibliyini vurğulayıblar.

Bayden Finlandiyaya F-35 döyüş təyyarələrini almağı seçdiyinə görə təşəkkür edib və bu ticarət  ilə  iki ölkə arasında gələcək illərdə daha güclü əlaqələrin təməlinin qoyulacağına  əminliyini  bildirib.



Әlaqәli Xәbәrlәr