Körfəz Əməkdaşlıq Şurası ilə Misir arasında siyasi məsləhətləşmə mexanizmi quruldu

Ər-Riyadda keçirilən xarici işlər nazirləri toplantısı Samih Şükrinin iştirakı ilə keçirilib.

1746386
Körfəz Əməkdaşlıq Şurası ilə Misir arasında siyasi məsləhətləşmə mexanizmi quruldu

Misirin xarici işlər naziri Samih Şükri Qahirə ilə Körfəz Əməkdaşlıq Şurası arasında təsis edilmiş siyasi məsləhətləşmə mexanizmi çərçivəsində ilk dəfə xarici işlər nazirləri toplantısına qatılıb.
Rəsmi Qahirə ilə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) açıqlamasına görə, Ər-Riyadda keçirilən xarici işlər nazirləri toplantısı Samih Şükrinin iştirakı ilə keçirilib.

İclasda çıxış edən Şükri yaxın koordinasiya və məsləhətləşmələrin davamı üçün keçirilən dəvətə qatılmaqdan qürur duyduğunu bildirib.

Mövzu ilə bağlı Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Misirin ilk dəfə olaraq siyasi məsləhətləşmə mexanizminin açılışında iştirakının Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə onların arasında köklü əlaqələri və ortaq gələcəyi əks etdirdiyi izah edilib.

Qeyd edək ki, Ər-Riyad Körfəz Əməkdaşlıq Şurası Sammitinə ev sahibliyi edəcək.

Mətbuat konfransında Şükri məsləhətləşmə mexanizminin regionun sabitliyinə töhfə verəcəyini, görüşlərin nazirlər və yüksək səviyyəli rəsmilərin iştirakı ilə müntəzəm olaraq keçiriləcəyini və bütün problemlərin həll ediləcəyini vurğulayıb.

Mətbuat konfransında çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan da Misir və Körfəz ölkələri arasındakı koordinasiyanın təməl bir element olduğuna və bunun yeni bir şey olmadığına, ancaq bu strukturun qurumlaşdırıldığına diqqət çəkib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad dekabrın 14-də Körfəz Əməkdaşlıq Şurasının 42-ci Sammitinə ev sahibliyi edəcək.



Әlaqәli Xәbәrlәr