Malidə matəm elan olundu

Malidə Avqustun 8 -də terror qruplaşmaları tərəfindən təşkil edilən eyn vaxtlı hücumlar nəticəsində 50 -dən çox insanın həyatını itirməsinə görə 3 günlük milli matəm elan olunub.

1688625
Malidə matəm elan olundu

Keçid prosesinin prezidenti Assimi Goita, sosial media hesabından paylaşdığı açıqlamada, hücumları şiddətlə qınadığını bildirib. O qeyd edib ki, Mali ordusu hadisəni törədənləri zərərsizləşdirmək üçün bölgədə genişmiqyaslı əməliyyat başladıb. Mali xalqının terrora qarşı mübarizədə daha çox əzmkarlıq göstərməli olduğunu vurğuladı. Goita, hücumlarda həyatını itirənlərin xatirəsinə 72 saatlıq milli matəm elan olunduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, 8 avqustda Malinin Ansongo bölgəsindəki Ouatagouna rayonunun 4 kəndində terror qruplaşmaların törətdikləri hadisələr nəticəsində onlarla insan həyatını itirib və çox sayda adam yaralanıb.



Әlaqәli Xәbәrlәr