"Əfqanıstandakı hərbi missiyamız 31 avqustda sona çatacaq", C. Bayden

ABŞ Prezidenti Co Bayden ölkəsinin Əfqanıstandakı hərbi missiyasının 31 avqustda sona çatacağını açıqlayıb.

1672437
"Əfqanıstandakı hərbi missiyamız 31 avqustda sona çatacaq", C. Bayden

ABŞ Prezidenti Co Bayden ölkəsinin Əfqanıstandakı hərbi missiyasının 31 avqustda sona çatacağını açıqlayıb.

Bayden ABŞ-ın Əfqanıstandan çıxmasına dair təşkil etdiyi mətbuat konfransında ölkəsinin Əfqanıstanı millət qurmaq üçün işğal etmədiyini müdafiə edib.

Əfqanıstana 11 sentyabr hücumlarının məsuliyyətliləri və Usama Bin Laden üçün girildiyini irəli sürən Bayden "Əfqanıstandakı missiyamız 31 avqustda bitəcək. Taliban hərbi cəhətdən 2001-ci ildən bəridir ən güclü durumdadır. Biz orada qalsaydıq, əsgərlərimizə daha çox hücum ediləcəkdi" deyib.

Çıxma qərarını müdafiə edən və 20 illik işğaldan sonra Əfqanıstanda qalmağın xeyrinin olmayacağını ifadə edən Bayden "Hələ neçə min amerikalı qız və oğlanı riskə atmağa razısınız. Onların orada nə qədər qalmalarını istərdiniz. Valideynləri 20 il əvvəl Əfqanıstanda döyüşən əsgərlərimiz var. Uşaqlarını və nəvələrini də göndərmək istəyirsinizmi? 20 il sonra Əfqanıstan Milli Təhlükəsizlik və Müdafiə Qüvvələrinə təlim keçmək və təchizatı üçün xərclənən bir trilyon dollar, öldürülən 2448 amerikalı, yaralanan 20.722 əsgər və misilsiz ruhi sağlamlıq travması ilə evə dönən minlərlə əsgərdən sonra yeni bir nəsili fərqli bir nəticəyə gəlmək üçün məntiqli bir gözlənti olmadan Əfqanıstana müharibəyə göndərməyəcəyəm" deyib.



Әlaqәli Xәbәrlәr