ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.

1667755
ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava keçirdiyi mətbuat konfransında bildirib ki, dağıntılar altından daha dörd nəfərin cəsədi çıxarılıb.Bununla da ölənlərin ümumi sayı 16-ya çatıb.

O, hadisə zamanı binada olduğu ehtimal edilən 147 nəfərin yerinin hələ də müəyyənləşdirilmədiyini də deyib.

Ölkə prezidenti Cozef Bayden Floridada fövqəladə vəziyyət rejimi elan edib. Ağ Ev rəhbəri xanımı ilə birlikdə qəzanın baş verdiyi əraziyə gedəcək.

Xatırladaq ki, Mayami-Deyd dairəsinin Sörfsayd şəhərciyində 12 mərtəbəli bina iyunun 24-ə keçən gecə qismən dağılıb.



Әlaqәli Xәbәrlәr