Almaniyada Həmas bayrağı qadağan edilir

Almaniyada koalisiya hökumətini formalaşdıran Xristian Birlik Partiyaları (CDU / CSU) və Sosial Demokrat Partiya (SPD) Bundestaq qrupları, Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) bayrağının qadağan edilməsi mövzusunda mütabiq qalıblar.

1661930
Almaniyada Həmas bayrağı qadağan edilir

TRT-nin Welt qəzetinə istinad etdiyi xəbərə görə CDU / CSU və SPD, Almaniya Cinayət məcəlləsinin konstitusiyaya zidd formalaşmalara qarşı təbliğat qadağanı tənzimləyən 86-cı maddəsinin əlatə dairəsi genişlədilərək Həmas bayrağının qadağan edilməsi planlaşdırılır.  

Birlik Partiyaları Bundestaq qruplarının həmsədri Thorsten Frei mövzu ilə əlaqədar qəzetə verdiyi açıqlamasında: “Terror təşkilatlarının bayraqlarının Alman torpağında dalğalanmasına icazə vermək istəmirik”. Thorsten Frei qeyd edib ki, qadağa qərarı ilə ölkədə yaşayan Yəhudi vətəndaşlara konkret dəstək mesajı veriləcək.

Tənzimləmə tələbinin gələn həftə Bundestaqa göndərilməsi gözlənilir.

Xatırladaq ki, Avropa İttifaqı 2001-ci ildə Həmas-ı “terror təşkilatları” siyahısına daxil edib.

 

 



Әlaqәli Xәbәrlәr