Vladimir Putin Co Bayden ilə görüşündən sonra mətbuata açıqlama verib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Bayden ilə Cenevrədə keçirdiyi görüşdən sonra mətbuat konfransı təşkil edib.

1659506
Vladimir Putin Co Bayden ilə görüşündən sonra mətbuata açıqlama verib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Bayden ilə Cenevrədə keçirdiyi görüşdən sonra mətbuat konfransı təşkil edib. 

Rusiya lideri Prezident Co Bayden ilə görüşün bütövlükdə səmərəli keçdiyini qeyd edərək deyib ki, tərəflər hər iki ölkənin səfirlərinin geri qayıtması, məhkum edilmiş şəxslərin təhvil verilməsinin müzakirə olunması barədə razılığa gəlib, Arktika, Ukrayna, kibertəhlükəsizlik ətrafında vəziyyəti müzakirə ediblər.

Görüşün yekunlarına dair strateji sabitlik barədə birgə bəyanat imzalanıb. Tərəflər nüvə müharibəsinin baş verməsinin mümkünsüzlüyünü də vurğulayıblar.

Digər tərəfdən, Rusiya Prezident Sarayı, Kreml, Putin və Bayden görüşündən sonra razılaşdırılmış ortaq bəyanat yayıb.

Bəyanatda Rusiya və ABŞ-ın gərginlik dövründə də strateji sahədə proqnozlaşdırılmanın təmin edilməsi, silahlı qarşıdurma və nüvə müharibəsi təhlükəsinin azaldılması kimi ümumi hədəflərə doğru irəliləyə bildiklərini göstərdikləri bildirilib.

ABŞ və Rusiya arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında sazişin (Yeni START) müddətinin uzadıldığına işarə edilən bəyanatda

"Yeni START-ın müddətinin uzadılması nüvə silahlarına nəzarət öhdəliyimizin bir sübutudur. Hazırda nüvə müharibəsində qalib olmadığımıza və belə bir müharibənin əsla başladılmamasına dair sadiqliyimizi təkrar təsdiqləyirik" deyilib.

Bəyanatda göstərilən hədəflərə çatmaq üçün Rusiya ilə ABŞ arasında qısa müddətdə hərtərəfli məsləhətləşmələrin başlayacağı ifadə edilib və "Strateji sabitlik mövzusunda möhkəm və güclü, hərtərəfli bir ikitərəfli dialoq başlayacaq. Bu dialoq vasitəsi ilə gələcəkdəki silahlara nəzarət və risklərin azaldılması tədbirlərinin təməlini qoymaq istəyirik" ifadələri yer alıb.



Әlaqәli Xәbәrlәr