NATO Sammiti sona çatdı və yekun fikirlər

Belçikanın paytaxtı Brüsseldə təşkil edilən 2 günlük NATO Liderlər Zirvə Toplantısı başa çatdı

1657873
NATO Sammiti sona çatdı və yekun fikirlər

 

  Belçikanın paytaxtı Brüsseldə təşkil edilən 2 günlük NATO Liderlər Zirvə Toplantısı başa çatdı. Yığıncaqdan sonra yekun bəyanatında Türkiyə ilə bağlı yazılıb: "Suriyadan Türkiyəni vura biləcək və ya təhdid edəcək mərmi atəşlərinə qarşı tətikdə olmağa davam edirik. Müttəfiqimiz Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyi dövrdə təqdirlər görməkdə dəstək olacağıq”. 

  NATO-nun baş katibi Yens Stoltenberq tədbirin sonunda etdiyi çıxışında bunları söyləyib: "Bu gün ittifaqda yeni bir səhifə açdıq. Təhlükəsizliyimiz üçün açar rolu oynayan mövzulara toxunduq və əhatəli qərarlar aldıq.

  NATO ölkələri başçıları Əfqanıstan hərbi qüvvələri və təşkilatlarına təlim keçərək, maliyyə dəstəyi verərək Əfqanıstan hökumətinin yanında iştirak etməyə olan bağlılıqlarını təsdiq etdi.

  Rusiya ilə gərginlik olduğu müddət boyu müdafiə və daşındırıcılıq mövqeyimizi artıracaq addımlar atacağıq.

  Avropada quru əsaslı nüvə mərmilər yerləşdirmə niyyətimiz yoxdur, lakin NATO Rusiyanın böyüyən silahlanmasına cavab verəcək.

  Çin sürətlə nüvə silahlanmasına gedir, Rusiya ilə ortaq hərbi manevrlərlə əməkdaşlığı artırır. Avstraliya və Yaponiya kimi ölkələrlə Çinə qarşı iş birliyi məsələsində müttəfiqlər razılığa gəldi.

  Ukrayna və Gürcüstanda hərbi təlimlərə davam edəcəyik. NATO Ukraynanın yanındadır, dəstəyimiz sürəcək. Ukrayna ilə həmrəyik. Hər ölkə öz yolu ilə getsin; Ukraynanın NATO üzvlüyü ilə bağlı Rusiya bir şey söyləyə bilməz."



Әlaqәli Xәbәrlәr