ABŞ Ənnabidən məlumat verənə 7 milyon dollar mükafat vəd etdi

ABŞ Dövlət Departamenti yazılı şərhində bildirilir...

1651145
ABŞ Ənnabidən məlumat verənə 7 milyon dollar mükafat vəd etdi

 

  Amerika Birləşmiş Ştatları hökuməti terror təşkilatı əl-Qaidənin Şimali Afrika qolu olan Məğrib əl-Qaidənin sözdə başçısı Əbu Ubeyde əl-Ənnabi ilə bağlı məlumatlar verənə 7 milyon dollar mükafat vəd etdi.

  ABŞ Dövlət Departamenti yazılı şərhində bildirilir: “Ədalət üçün mükafat" proqramı çərçivəsində Məğrib əl-Qaidənin sözdə başçısı Əbu Ubeybe əl-Ənnabi üçün pul mükafatı qoyuldu; ABŞ hökuməti əl-Ənnabinin özü və olduğu yeri barədə məlumat gətirənə 7 milyon dollar verəcək”.  

  Qeyd edək ki, əvvəlki başçısı Əbdelmalek Droukdalın 2020-ci ilin iyun ayında öldürülməsindən sonra noyabrda terror təşkilatı əl-Qaidənin Şimali Afrika qolu olan Məğrib əl-Qaidənin başına Əbu Ubeybe əl-Ənnabi gətirilib.



Әlaqәli Xәbәrlәr