İsrailin törətdiyi hücumlar nəticəsində 248 fələstinli həyatını itirdi

İsrail ordusunun mühasirə altındakı Qəzza zolağına mayın 10-dan etibarən endirdiyi zərbələr nəticəsində həyatını itirən fələstinlilərin sayı 248 nəfərə yüksəlib.

1643641

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda 11 gün davam edən hücumlar nəticəsində 66-ı uşaq, 39-u da qadın olmaqla 248 nəfərin həyatını itirdiyi, 1910 nəfərin də yaralandığı bildirilib. 

İsrailin işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidində ramazan ayında ibadət edənlərə hücum etməsi gərginliyin səviyyəsini artırmışdı. 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının göstərdiyi təzyiq nəticəsində İsrail geri addım ataraq Həmas ilə atəşkəsə dair razılıq əldə etmişdi. 

Әlaqәli Xәbәrlәr