Papa Fransisk İsrailin fələstinlilərə təşkil etdiyi hücumlarla bağlı bəyanat verib

Papa Fransisk Qüdsdə yaşanan prosesləri narahatlıqla izlədiyini bildirib.

1640330
Papa Fransisk İsrailin fələstinlilərə təşkil etdiyi hücumlarla bağlı bəyanat verib

Katoliklərin ruhani lideri Papa Fransisk İsrailin fələstinlilərə təşkil etdiyi hücumlarla bağlı bəyanat verib. 

Məlumata görə, Papa Fransisk Vatikandakı Müqəddəs Peter meydanındakı həftəlik müraciəti zamanı  hücumların dayandırması ilə əlaqədar çağırış edib.

"Çox sayda günahsız insan öldü. Ölənlər arasında uşaqlar da vardı. Bu qəbuledilməzdir", - deyə Papa Fransisk vurğulayıb. 

Qeyd edək ki, Papa Fransisk daha əvvəl verdiyi bəyanatda Qüdsdəki prosesləri narahatlıqla izlədiyini bildirmişdi. 



Әlaqәli Xәbәrlәr