İsrail əsgərləri fələstinlilərə müdaxilə edib

İsrail qoşunları işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində Şərqi Qüdsdəki fələstinlilərə dəstək nümayişləri təşkil edən fələstinlilərə müdaxilə edib.

1629837
İsrail əsgərləri fələstinlilərə müdaxilə edib

İsrail qoşunları işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində Şərqi Qüdsdəki fələstinlilərə dəstək nümayişləri təşkil edən fələstinlilərə müdaxilə edib.

Fələstinlilər İordan çayının qərb sahilindəki Ramallah və Beytullahim şəhərlərinin İsrailin hərbi nəzarət nöqtələrinə yaxın bölgələrində nümayişlər təşkil ediblər.

İsrail polisinin işğal altındakı Şərqi Qüdsdə fələstinlilərə qarşı tətbiqlərinə etiraz edən fələstinlilər nəqliyyat vasitələrinin təkərlərini yandırıb və İsrail əsgərlərinə daşlarla cavab verib.

İsrail əsgərləri isə gözyaşardıcı qaz, səs bombası və plastik güllələrdən istifadə edərək fələstinliləri dağıtmağa cəhd edib. 

Bölgədə fəaliyyət göstərən təcili yardım qrupları indiyə qədər onlarla nümayişçinin bibər qazından təsirləndiyini bildirərək, hadisələrdə yaralanan olmadığını vurğulayıb.

Digər tərəfdən, İsrail polisi bir Fələstinli səhiyyə işçisini döydü və işğal altında olan Şərqi Qüdsün İçərişəhərindəki Şam Qapısında toplaşanları dağıtarkən çox sayda insanı saxladı.

Fələstinlilər təravih namazından sonra Şam qapısında toplanaraq İsrail polisinin geri addım atması ilə bölgədəki maneələrin qaldırılmasını qeyd ediblər.

İsrail polisinin qrupdan bəzi şəxsləri həbs etməsilə bölgədə gərginlik artıb.

Qrupu dağıtmağa cəhd edən İsrail polisi aralarında bir səhiyyə işçisinin də olduğu bəzi fələstinliləri döydüyü, şəxsiyyəti bəlli olmayan səhiyyə işçisi də daxil olmaqla çox saydakı şəxsi saxlayıb.



Әlaqәli Xәbәrlәr