Cənubi Koreya Şimali Koreya ilə danışıqların davam etməsini istəyir

Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreya ilə danışıqlara davam etmək istədiklərini söyləyib.

1629587
Cənubi Koreya Şimali Koreya ilə danışıqların davam etməsini istəyir

Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreya ilə danışıqlara davam etmək istədiklərini söyləyib.

Mun Cənubi Koreya və Şimali Koreyanın sərhəd bölgəsində imzalanan "Panmunjom bəyannaməsi"nin 3-cü ildönümünü ilə əlaqədar bəyanat yayıb.

Panmunjom bəyannaməsinin heç kimin poza bilməyəcəyi sülhün təməl daşı olduğunu qeyd edən Mun bəyannamə ilə vəd edilən sülh yolunun heç bir halda geri çevrilə bilməyəcəyini vurğulayıb. 

Mun Şimali Koreya ilə əlaqədar olaraq "Uzun müddət davam edən mübahisələrə son qoyub dialoqu yenidən başlatmalı olduğumuz an yaxınlaşır" ifadəsini işlədib.

Koreya yarımadasındakı barışın nəticəsiz olduğuna diqqət çəkən Mun deyib ki, "Panmunjom bəyannaməsi" əsasında mütləq daimi sülhə doğru getməliyik.

Qeyd edək ki, Mun və Kim 27 aprel 2018-ci il tarixində iki ölkənin bufer zonasındakı Panmunjom kəndində bir araya gəldilər və Koreya yarımadasında sülh, rifah və birlik üçün "Panmunjom bəyannaməsi"ni imzaladılar.

Bəyannamə imzalanandan sonra 2018-ci ilin sentyabrında iki ölkə arasında əlaqə bürosu yaradıldı.

Büro Cənubi Koreyadan Şimali Koreya tərəfinə Pxenyan əleyhinə vərəqələr göndərildikdən sonra iyun 2020-ci ildə Kim rəhbərliyi tərfəindən partladıldı.

Cənubi Koreya iki ölkə arasındakı münasibətlərdə artan gərginlik səbəbiylə 2020-ci ilin dekabrında sərhəddən Şimali Koreya tərəfinə broşüra və balon göndərilməsini qadağan etdi.



Әlaqәli Xәbәrlәr