İndoneziyada sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı

İndoneziyada güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 181-ə çatıb.

1623967
İndoneziyada sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı

İndoneziyada güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 181-ə çatıb.

Şərqi Nusa Tenqqara əyalətinin qubernator köməkçisi Cosef Nae Soi son axtarış və xilasetmə tədbirləri nəticəsində daha çox cəsəd aşkarladıqlarını deyib.

Ölənlərin ümumi sayının 181-ə çatdığını bildirən Cosef xəbər çıxmayan 48 nəfərin axtarışlarının davam etdiyini vurğulayıb.

Şərqi Nusa Tenqqara əyalətinə aid Şərqi Flores, Lembaqa və Alor şəhərlərində aprelin 5-dən indiyədək davam edən yağışlar sel və torpaq sürüşməsinə səbəb olmuşdu. Sel və torpaq sürüşməsindən sonra təxminən 15 min ev yararsız hala düşüb.

Ekvatorial qurşaqda yerləşən İndoneziyada xüsusilə oktyabr-aprel ayları aralığında tez-tez daşqınlar və torpaq sürüşmələri baş verir.



Әlaqәli Xәbәrlәr