BMT: ‘‘Myanmada öldürülәn aksiyaçıların sayı 211 nәfәrә çatıb’’
Myanmada hәrbi çevrilişә qarşı hәyata keçirilәn etiraz aksiyaları zamanı tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә hәyatını itirәnlәrin sayı 211 nәfәrә çatıb.
Myanmada hәrbi çevrilişә qarşı hәyata keçirilәn etiraz aksiyaları zamanı tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә hәyatını itirәnlәrin sayı 211 nәfәrә çatıb.
Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Myanmadakı humanitar mәsәlәlәr üzrә koordinatoru Endryu Kirkvud mәlumat verib. Endryu Kirkvud indiyәdәk 2 min 400 nәfәrin saxlanıldığını söylәyib.
Ölkәdәki son vәziyyәtlә bağlı mәlumat verәn Endryu Kirkvud deyib: ‘‘Myanmada hәrbi çevrilişә qarşı hәyata keçirilәn etiraz aksiyaları zamanı tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә hәyatını itirәnlәrin sayı 211 nәfәrә çatıb. Bunlardan 15-i uşaqdır’’.
Qeyd edәk ki, Birlәşmiş Millәtlәr Tәşkilatı Myanmada tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara sәrt müdaxilәsini qınayıb.
BMT Baş katibinin sözçüsü Stefan Dujarik tәrәfindәn verilәn bәyanatda deyilir: ‘‘BMT Baş katibi Antonio Quterreş Myanmada ordunun davam edәn sәrt müdaxilәsini qınayır’’.
Xatırladaq ki, Myanma ordusu fevralın 1-də hərbi çevriliş həyata keçirərək ölkə rəhbərliyini ələ keçirmişdi və fövqəladə vəziyyət rejimi elan etmişdi.
Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.
Әlaqәli Xәbәrlәr
Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib ...