Myanmada etiraz aksiyaları zamanı hәyatını itirәnlәrin sayı 217 nәfәrә çatıb

Myanmada hәrbi çevrilişә qarşı hәyata keçirilәn etiraz aksiyaları zamanı tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә hәyatını itirәnlәrin sayı 217 nәfәrә çatıb

1603976
Myanmada etiraz aksiyaları zamanı hәyatını itirәnlәrin sayı 217 nәfәrә çatıb

Myanmada hәrbi çevrilişә qarşı hәyata keçirilәn etiraz aksiyaları zamanı tәhlükәsizlik qüvvәlәrinin aksiyaçılara sәrt müdaxilәsi nәticәsindә hәyatını itirәnlәrin sayı 217 nәfәrә çatıb.

Myanma Siyasi Mәhbuaslara Yardım İdarәsinin yayımladığı hesabatda son 24 saatda 9 aksiyaçının hәyatını itirmәsi ilә ölәnlәrin sayının 217 nәfәrә çatdığı bildirilib.

Hesabatda 1872 nәfәrin hәlә dә hәbsdә olduğu qeyd olunub.

Digәr tәrәfdәn ölkәnin bir sıra şәhәrindә çevriliş әleyhinә mitinqlәr davam edir. Yanqon, Mandalay, Maqvay vә Baqo sakinlәri çevrilişә öz etirazını bildirmәk üçün küçәlәrә axışıb.

Tәhlükәsizlik qüvvәlәri Yanqondakı aksiyaçılara gözyaşardıcı qaz, vә rezin güllә ilә müdaxilә edib.

Xatırladaq ki, Myanma ordusu fevralın 1-də hərbi çevriliş həyata keçirərək ölkə rəhbərliyini ələ keçirmişdi və fövqəladə vəziyyət rejimi elan etmişdi. 

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.

 



Әlaqәli Xәbәrlәr