Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 406 min 371 mini, keçib.

1583091
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
korona1.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 406 min 714 mini, infeksiyaya yoluxanların sayı 109 milyon 171 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 81  milyon 215 mini keçib.

Hindistanda epidemiya səbəbiylə insan itkisi 155 min 673-ә, yoluxmaların sayı isə 10 milyon 904 minə yüksəlib.

Fevralın 13-dә açıqlanan məlumatlara görə, 58 min 945 insanın öldüyü və 1 milyon 518 min 200-dən çox yoluxmanın qeydә alındığı İranda Sәhiyyә naziri Said Nemeki yeni növ koronavirusun mutasiya olmuş variantının tәqribәn ölkәnin hәr tәrәfinә yayıldığını bildirәrәk, vətəndaşları tədbirlərə ciddi şəkildə riayət etməyə çağırıb.

Rusiyada epidemiyadan son 24 saat әrzindә 430 nәfәr hәlak olub. Bununla da ölkә miqyasında ölәnlәrin sayı 80 min 126 min olub. Müvafiq dövrdә yoluxmaların sayı isә 14 min 185 nәfәr artımla 4 milyon 71 minә çıxıb.

Tunis Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində "Covid-19"-dan daha 47 nəfər hәlak olub, 149 yeni yoluxma aşkarlanıb. Açıqlamada, bu günə qədər epidemiyadan ölənlərin sayının 7 min 508-ə, yoluxmaların sayının 222 min 504-ə yüksəldiyi ifadə edilib.

Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə epidemiyadan 46 nəfər ölüb, 906 yeni yoluxma aşkar edilib. Buna görə, ölkədə virusdan ölənlərin sayı 3 min 961-ə, yoluxmaların sayı isə 336 min 992-yə yüksəlib.
Şimali  Kıbrıs (Kipr) Türk Cümnuriyyəndə (ŞKTC) yeni növ koronavirus tәdbirlәri çәrçivәsindә tәtbiq olunan komendant saatının müddәti 22 fevrala qədər uzadılıb. Səhiyyə naziri Əli Pilli son 24 saat ərzində ölkədə 4 min 337 test aparıldığını, 30 pozitiv "Covid-19" hadisəsinin aşkarlandığını açıqlayıb. Pilli yoluxma sayının 3 min 37-yə yüksəldiyini, 737 nəfərin hələ də müalicə aldığını və 13 xəstənin reanimasiyada olduğunu qeyd eedib.

Epidemiyanın mərkəzi  olan ABŞ-da "Covid-19" səbəbiylə ölənlərin sayı 496 min 63 olub. Ölkədəki yoluxma sayı 28 milyon 196 mini keçib.

Braziliyada virusdan ölənlərin sayı 238 min 647-yə, yoluxma sayı 9 milyon 811 minə yüksəlib.

İngiltərədə virus səbəbiylə ölənlərin sayı 116 min 908, virusa yoluxanların sayı isə 4 milyon 27 min olub.

İtaliyada epidemiya səbəbiylə ölənlərin sayı 93 min 356-ya yüksəlib. Yoluxmaların sayı 2 milyon 710 minə yüksəlib.

Fransada "Covid-19" səbəbiylə son 24 saatda insan itkisilə həlak olanların sayı 81 min 647 olub. Ölkədə yoluxmaların sayı isə 3 milyon 448 minə çıxıb.

İspaniyada "Covid-19"-dan ölənlərin sayı 64 min 747-ə, yoluxmaların sayı isə 3 milyon 56 minə yüksəlib.

Almaniyada epidemiya müddətində insan itkisi 65 min 415-ə, xəstəlik sayı isə 2 milyon 336 minə çıxıb.



Әlaqәli Xәbәrlәr