Dünya miqyasında yeni növ koronavirusla mübarizә davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 366 min 980-ni keçib.

1581272
Dünya miqyasında yeni növ koronavirusla mübarizә davam edir
korona3.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 366 min 980-ni, infeksiyaya yoluxanların sayı 107 milyon 926 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 79  milyon 975 mini keçib.

Rusiyada epidemiya səbəbilə insan itkisi bir gündə 553 nəfər artaraq 78 min 687 artıb. Ölkədə müvafiq dövrdə yoluxmaların sayı isə 15 min 38 artaraq 4 milyon 27 minə çıxıb.

İranda son 24 ərzində 65 nəfər koronavirusdan ölüb.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 58 min 751 nəfərə yüksəlib.

Ölkədə ötən 24 saat ərzində 7 min 474 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 milyon 496 min 455 nəfərə çatıb. Virus daşıyıcılarından 3 min 735 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 milyon 278 min 857 nəfər koronavirusdan sağalıb.

Həlak olanların sayının 481 min 814 olduğu epidemiyanın mərkəzi olan ABŞ-da yoluxmaların sayı 27 milyon 863 min 303-ü keçib

İngiltərədə virus səbəbiylə son 24 saat ərzində min ölüm və 13 min 13 yeni yoluxma qeydə alınıb. Ölkədə ölənlərin sayı 114 min 851, yoluxmaların sayı isə 3 milyon 985 min 161 olub.

İtaliyada son 24 saat ərzində 336 ölüm qeydə alınıb. Bununla da ölkədə həlak olanların sayı 92 min 338-ə yüksəlib. Ölkədə yoluxmaların sayı isə 12 min 956 artaraq 2 milyon 668 min 266 nəfərə çatıb.

Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 296 nəfər dünyasını dəyişib, beləliklə insan itkisi 80 min 443 olub. Bir gündə 25 min 387 yeni yoluxmanın qeydə qeydə alınması ilə yoluxmaların sayı 3 milyon 385 min 622-yə yüksəlib.

İspaniyada "Covid-19"-dan son 24 saat ərzində 643 nəfərin ölümü ilə, insan itkisi 63 min 704-ə yüksəlib. Müvafiq dövrdə yoluxmaların sayı 18 min 114 yeni yoluxma ilə 3 milyon 23 min 601-ə çatıb.

Hindistanda epidemiya səbəbi ilə son 24 saat ərzində 95 nəfər həlak olub, 12 min 201 nəfərdə virus aşkarlanıb. Bununla da ölkədə insan itkisi 155 min 399-a, yoluxmaların sayı isə 10 milyon 871 min-ə yüksəlib.

Epidemiyada 90 nəfərin öldüyü və 13 min 308 nəfərdə virusun aşkar edildiyi Qazaxıstanda 10 yanvar tarixində 3 yeni yoluxma qeydə alınıb. Bu tarixdən sonra yeni yoluxma hadisəsi aşkarlanmayıb.



Әlaqәli Xәbәrlәr