Myanmada ordunun hakimiyyəti ələ keçirməsinə beynəlxalq ictimaiyyətin reaksiyasi

Myanmada ordunun hakimiyyəti ələ keçirməsi və mülki hökumət rəsmilərinin həbsi dünyada reaksiyalara səbəb oldu.

1574832
Myanmada ordunun hakimiyyəti ələ keçirməsinə beynəlxalq ictimaiyyətin reaksiyasi

Myanmada ordunun hakimiyyəti ələ keçirməsi və mülki hökumət rəsmilərinin həbsi dünyada reaksiyalara səbəb oldu.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Myanmada ordunun hakimiyyəti ələ keçirməsini və mülki hökumət rəsmilərinin həbs olunmasını sərt dillə qınayıb.

BMT Baş katibi sözçüsü Stefane Dujarrik vasitəsilə yaydığı bəyanatda Myanmada ordunun bütün qanunverici, icraedici və məhkəmə səlahiyyətlərini ələ keçirməsindən dərin narahatlığını dilə gətirib.

Bu hadisələrin Myanmadakı demokratik islahatlara ciddi zərbə vurduğunu söyləyən Quterreş Prezident Vin Myint və Dövlət Şurasının sədri və Xarici İşlər naziri Aung San Suu Çiinin hərbiçilər tərəfindən həbs olunmasını kəskin şəkildə qınayıb.

Myanma ordusunu 8 noyabr 2020-ci il tarixində keçirilmiş seçkilərin nəticələrinə və demokratik normalara hörmətlə yanaşmağa çağıran Quterreş fikir ayrılıqlarının zorakılıqdan imtina edərək və insan hüquqlarına və əsas azadlıqlarına hörmət çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

ABŞ-da Ağ Evin sözçüsü Cen Psaki "ABŞ Myanma ordusunun Dövlət Şurasının sədri və Xarici İşlər naziri Aung San Suu Chii və digər mülki məmurların tutulması da daxil olmaqla, ölkədəki demokratik keçid prosesini pozmaq üçün atdığı addımlardan narahatdır" ifadələrindən istifadə edib. 

Psaki ABŞ prezidenti Co Baydenin Myanmadakı çevrilişlə əlaqədar Milli Təhlükəsizlik müşaviri Cak Sullivandan məlumat aldığını bildirən Psaki "Biz Myanmarın demokratik qurumlarını dəstəkləməyə davam edirik və regional tərəfdaşlarımızla koordinasiyalı olaraq hərbi və digər bütün partiyaları demokratik normalara və qanunun aliliyinə riayət etməyə və bu gün həbs olunanları sərbəst buraxmağa çağırırıq" deyib.

ABŞ-ın Myanmadakı seçki nəticələrini dəyişdirmək və ya ölkənin demokratik keçid prosesinin qarşısını almaq cəhdlərinə qarşı olduğunu qeyd edən Psaki "Bu addımlar geri götürülməyəcəyi halda ABŞ cavabdehlərə qarşı tədbir görəcək" xəbərdarlığını edib.

Avstraliyanın Xarici İşlər naziri Marise Payne Prezident Vin Myint və Dövlət Şurasının sədri və Xarici İşlər naziri Aung San Suu Chiinin həbsindən narahat olduqlarını söyləyib.

Payne Nazirliyin rəsmi səhifəsindəki yazılı bəyanatında Myanma ordusunun ölkənin hakimiyyətini bir daha ələ keçirməyə çalışdığını bildirib və tutulanların dərhal sərbəst buraxılmasını istəyib.

Yaponiyada Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu Myanmada ölkə rəhbərlərinin tutulmasına reaksiya göstərib və ölkədə "demokratiya" qayıdılmağa çağırıb.

Bu arada, Myanmada ordunun hakimiyyəti ələ keçirməsi və mülki hökumət rəsmilərini həbs etməsindən sonra hakim partiya xalqı çevrilişə qarşı çıxmağa və hərbi diktaturaya icazə verməməyə çağırıb.

Anq San Suu Çiinin sədrlik etdiyi Milli Demokratik Birliyin (NLD) "Facebook" səhifəsində yayımlanan bəyanatda ordunun konstitusiyaya və xalqın iradəsinə məhəl qoymayan hərəkətinin qanunsuz olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr