Argentinada Abort tərəfdarlarının aksiyaları davam edir

Argentinada  Abortun leqallaşdırılmasını əhatə edən qanun layihəsinə müxaliflər ilə dəstək verənlər Senat binasının qarşısında aksiya keçiriblər.

1554602
Argentinada Abort tərəfdarlarının aksiyaları davam edir

Argentina Milli Konqresinin Senat palatasında tələbə görə hamiləliyin dayandırılmasına dair qanun layihəsi müzakirə edilərkən, minlərlə insan paytaxt Buenos Airesdəki Konqres binasının qarşısında toplaşıb. Nümayişlərə görə Konqres binasının qarşısındakı meydan baryerlərlə bağlanıb. Meydanın bir tərəfi qanun layihəsini dəstəkləyənlər, digər tərəf isə müxalifət edənlər üçün həsr edilib. Abortun leqallaşdırılmasını istəyən müxtəlif sosial və solçu siyasi qruplardan ibarət bir qrup layihənin təsdiq edilməsini istidiklirini səsləndirərkən digər bir qrup isə abortun leqallaşdırılmasını ehtiva edən qanun layihəsinə etiraz edirlər. Səsvermənin nəticəsinin bu gün açıqlanması gözlənilir.



Әlaqәli Xәbәrlәr