Venesuelada miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Venesuela sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 28-ə çıxıb.

1547652
Venesuelada miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Venesuela sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 28-ə çıxıb.

Venesueladan Trinidad və Tobaqoya miqrantları apararkən batan qayıqla əlaqəli  axtarışlarda yeni cəsədlər tapılıb.

Səlahiyyətlilər Venesuela sahillərində yeni meyitlərin tapılması ilə fəlakətdə ölənlərin sayının 28-ə çıxdığını açıqlayıb.
Venesuelanın Baş Prokuroru Tarek Uilliam Saab istintaq nəticəsində əsgərlər də daxil olmaqla 7 nəfərin həbs olunduğunu bildirib.

Qurbanlardan 26-nın ailələri tərəfindən təşxis edildiyini deyən Saab itkin düşən sərnişin axtarışlarının davam etdiyini bildirib.

Qayıqdakı qrupun 6 dekabrda şimal-şərqdəki Sucre əyalətindəki Güiriadan hərəkət etdiyi açıqlanıb.

Sahil təhlükəsizlik qrupları həftə sonu Venesuela sahillərində batan qayıqda ikisi uşaq olmaqla 14 nəfərin meytini çıxarmışdı.



Әlaqәli Xәbәrlәr