Koronavirusla bağlı Şərqin vəziyyəti

Dünyada yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 451 min 745 mindən yuxarıdır.

1438178
Koronavirusla bağlı Şərqin vəziyyəti

Dünyada yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 451 min 745 mindən yuxarıdır. Virusa yoluxanların sayı 8 milyon 423 mini vә sağalanların sayı da 4 milyon 433 mini keçib.

Virusun ilk qaldırdığı Çində son 24 saatda aşkarlanan 28 yoluxmadan 21-i paytaxt Pekində qeydə alınıb. Beləliklə, Pekində 12 iyundan bəri aşkar edilən yoluxmaların sayı 158-ə yüksəlib.
Cənubi Koreyada bir insanın itkisi ilə ölkədə virus səbəbiylə ölənlərin sayı 280 nəfərə yüksəlib. 
Ümumilikdə paytaxt Seulda olmaqla 59 yeni "Covid-19" yoluxmanın aşkarlanması ilə yoluxma sayı 12 min 257-yə çıxıb.
İnfeksiyadan daha üç nəfərin öldüyü Küveytdə insan itkisi 306  olub. Ölkədəki yoluxma hallarının sayı 37 min 533-dür.
Daha 2 nəfərin öldüyü Omanda 810 nəfərin virusa yoluxduğu bildirilib. Beləliklə,  ölkədə insan itkisi sayı min 16-ya, yoluxmaların sayı 26 min 79-a yüksəlib.
Yeni növ koronavirus (Covid-19) səbəbiylə həyatını itirənlərin sayı Qətərdə iki nəfər artaraq 82 olub, yoluxan insan sayı isə 97 artaraq 1711-ə çıxıb.
Mərakeş Səhiyyə Nazirliyinin məlumatında 54 adamda "Covid-19 diaqnozu qoyulduğu və 23 adamın sağaldığı bildirilib. Məlumatda yoluxmaların ümumi sayının 8 985-ə, sağalanların isə 7 min 960-a yüksəldiyi vurğulanıb.
Ölənlərin sayının 10, virusun yoluxduğu insan sayının 484 olduğu Liviyada hökumət koronavirus ilə mübarizə çərçivəsində cümə və şənbə günləri komendant saatları tətbiq etmək qərarına gəlib. Digər günlərdə isə qadağanın yerli vaxtla 20: 00-dan 06: 00-dək həyata keçiriləcəyi bildirilib.

Hindistanda son 24 saat ərzində insan itkisi 334 artaraq 12 min 274, yoluxanların sayı isə 12 min 881 artaraq 366 min 946 olub. Hindistan dünyada ən çox yoluxmaya görə 4-cü ölkədir.
2975 nəfərin həyatını itirdiyi Pakistanda yoluxmaların sayı 24 saatda 5 839 nəfər artaraq 154 min 760-a çıxıb. 
İnsan itkisinin 2276, yoluxmaların sayının isə 1031 artaraq 41 min 431-ə yüksəldiyi İndoneziya Cənubi-şərqi Asiyada ən çox koronavirus hadisəsinin qeydə alındığı ölkə olub..
Afrika qitəsi miqyasında isə 7 min 249 nəfər ölüb, yoluxmların sayı 270 mini keçib.
Bu günə qədər koronavirus səbəbiylə ən çox insan itkisi 
 1850 ölümlə Misirdə qeydə alınıb. Bu ölkəni 674 ölümlə Cənubi Afrika, 799 insan itkisilə Əlcəzair, 487 ölümlə Sudan və 469 itki ilə Nigeriya izləyib.
Afrikada sağalan xəstələrin sayı 125 mini keçib.
97 xəstənin öldüyü, yoluxmaların sayının isə 15 min 877 olduğu Qazaxıstanda qurucu prezident Nursultan Nazarbayevdə virus aşkarlanıb. Səhiyyə naziri Yeljan Birtanov ilə Məclis sədri Nurlan Niqmatulinin virusa yoluxduğu açıqlanmışdı.

Qırğızıstanda ölənlərin sayı 31-ə, yoluxmaların sayı 2 min 657-ə yüksəlib.
"Covid-19" səbəbiylə 19 nəfərin öldüyü Özbəkistanda yoluxmaların sayı 5679 olub.
"Covid-19" səbəbiylə 966 insanın öldüyü Ukraynada yoluxmaların sayı 34 min 63-ə yüksəlib. Səhiyyə naziri Viktor Lyasko yoluxma sayının artmasının tədbirlərin yumşaldılması ilə əlaqədar olduğunu söyləyib.
Gürcüstanda 14 nəfər həlak olub, virusun yoluxduğu insan sayı 896-ya çatıb.
Ermənistanda ölənlərin sayı 309-a, yoluxmaların sayı isə 18 min 698-ə yüksəlib.
Digər bəzi ölkələrdə insan itkisi belədir:
İranda 9 min 185, Rusiyada 7 min 660, Banqladeşdə 1305, Filippində 1108 və Səudiyyə Ərəbistanında 1091.



Әlaqәli Xәbәrlәr