Koronavirusla bağlı Qərbin vəziyyəti

Dünyada virusa yoluxanların sayı 8 milyon 408 mini vә epidemiyadan sağalanların sayı da 4 milyon 418 mini keçib.

1438223
Koronavirusla bağlı Qərbin vəziyyəti

Dünyada yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 451 min 745 mindən yuxarıdır. Virusa yoluxanların sayı 8 milyon 423 mini vә sağalanların sayı da 4 milyon 433 mini keçib.
ABŞ-da epidemiya səbəbiylə 119 min 943 adam ölüb, 2 milyon 234 min 629 adamda "Covid-19" aşkarlanıb.
Yeni növ koronavirusdan İtaliyada həyatını itirənlərin sayı son bir gündə 43 artaraq 34 min 448--ə çıxıb. Son 24 saat ərzində 329 yeni yoluxma faktının qeydə alındığı ölkədə aktiv yoluxmaların sayı 664 azalmaqla 237 min 828 olub. 
Fransada son bir gündə epidemiya səbəbiylə 28 nəfər həyatını itirib, insan itkisi 29 min 575-ə yüksəlib, viruza yoluxaların sayı 458 artaraq 195 min 579-a yüksəlib.
İspaniyada Səhiyyə Nazirliyi son bir həftədə ölənlərin sayının 30 olduğunu açıqlayıb. Ümumi ölüm sayını 7 iyundan bəridir 27 min 136 olaraq saxlayan nazirlik yoluxmaların sayının 244 min 683-ə yüksəldiyini bildirib.
Portuqaliyada son 24 saatda "Covid-19"-dan bir nəfər ölüb, virusdan ölənlərin sayı  min 523-ə çıxıb. 336 yeni yoluxmanın aşkarlandığı ölkədə virusa tutulanların sayı 37 min 672-ə yüksəlib.

Yeni növ koronavirusdan ən çox əziyyət çəkən ikinci ölkə Braziliyada son 24 saat ərzində 1249 xəstənin həlak olması ilə insan itkisi sayı 46 min 510-a, yoluxmaların sayı isə 32 min 188 min artarap 955 min 377-yə çıxıb.
Meksikada bir gündə insan itkisi 770 artaraq 19 min 80-ə, virusun yoluxduğu insanların sayı 4 min 930 artaraq 159 min 793-ə yüksəlib.
Digər bəzi ölkələrdə insan itkisi belədir:
Belçikada 9 min 675, Almaniyada 8 min 918, Kanadada 8 min 307, Peruda 7 min 257, Hollandiyada 6 min 75, İsveçdə 5 min 41, Ekvadorda 4 min 7, Çilidə 3 min 615, İsveçrədə min 956, Kolumbiyada  min 801, İrlandiyada min 710, Rumıniyada  min 451, Polşada  min 286.
102 nəfərin öldüyü Avstraliyada turizm naziri Simon Birmingham martın 20-də başlayan və daha 3 ay bağlanmaq qərarı verilən ölkənin sərhədlərinin ilin sonuna qədər bağlı qala biləcəyini söyləyib. 
Birmingham sərhədlərin bağlı qalmasının epidemiya ilə mübarizənin uğurlu olmasının əsas səbəblərindən biri olduğunu və sərhədlərin yaxın zamanlarda açılmayacağını bildirib.
Milli hava yolu şirkəti Qantas sərhədlərin açılmasının təxirə salınmasından sonra, planlaşdırılan reyslərini oktyabr ayının sonunadək təxirə salıb.



Әlaqәli Xәbәrlәr