Koronavirusdan hәyatını itirәnlәrin sayı 280 mini keçib

Rusiya prezidenti Vladimir Putin ölkәdә qeyri-iş günlərinin mayın 12-dən (bu gün) başa çatdığını elan edib.

1415340
Koronavirusdan hәyatını itirәnlәrin sayı 280 mini keçib

 

Yeni növ koronavirus epidemiyasından indiyәdәk hәyatını itirәnlәrin sayı 280 mini, yoluxanların sayı 4 milyonu, sağalanların sayı isә bir milyonu keçib.

Rusiyada koronavirus qurbanlarının sayı 2 min 116-a, infeksiyaya yoluxanların sayı da 232 min 243-ә yüksәlib.

Rusiya prezidenti Vladimir Putin ölkәdә qeyri-iş günlərinin mayın 12-dən (bu gün) başa çatdığını elan edib. Yeni növ koronavirus epidemiyasının ölkә iqtisadiyyatına mәnfi tәsir etdiyini söylәyәn Vladimir Putin bildirib ki, vәtәndaşları vә ölkә iqtisadiyyatını dәstәklәyәcәk yeni dәstәk paketi  hazırladıq.

Yәmәn hökumәti ölkәnin müvәqqvti paytaxtı Әdәni ''epidemiya zonası'' elan edib.Ölkәdә epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 8-ә yüksәlib.

Qәtәr aviaşirkәti yeni növ koronavirusla mübarizә çәrçivәsindә dünyadakı sәhiyyә işçilәrinә ödәnişsiz bilet verilәcәyini açıqlayıb. Qәtәr aviaşirkәtindәn verilәn mәlumatda sәhiyyә işçilәri üçün nәzәrdә tutulan 100 min biletin 12-18 may tarixlәri arasında şirkәtin internet saytından әldә edilәcәyi bildirilib.

Şimali Kıbrıs Türk Cümhuriyyәtindә koronavirusa yoluxan son pasiyent dә müalicә olunaraq evә buraxılıb.

Çindә sutka әrzindә koronavirus bir nәfәr yoluxub.

İranda koronavirusdan hәyatını itirәnlәrin sayı 6 mini, Çindә 4 mini, Hindistanda 2 mini, İndoneziyada 900-ü, Pakistanda 700-ü, Yaponiyada 600-ü, Ukrayynada 400-ü, Cәnubi Koreyada 200-ü, SәudiyyәӘrәbistanında 200-ü, Banqladeşdә 200-ü, Moldovada 150-yi, Belarusda 130-u, Ermәnistanda 47-ni,Qazaxıstanda 32-ni, Qırğızıstanda 12-ni, Sinqapurda 20-ni, Gürcüstanda 10-nu vә Özbәkistanda 10-nu keçib.

Afrika qitәsindә koronavirusdan ölәnlәrin sayı 2 mini, epidemiyaya yoluxanların sayı da 66 mini keçib.

Misirdә koronavirusdan hәyatını itirәnlәrin sayı 500-ü, Әlcәzairdә 500-ü, Mәrakeşdә 100-ü, Cәnubi Afrika Cümhuriyyәtindә 200-ü, Nigeriyada 100-ü, Kamerunda 100-ü keçib.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr