Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Epidemiya səbəbindən indiyədək həyatını itirənlərin sayı 211 mini, yoluxanların sayı isə 3 milyonu keçib. Müalicә olunan xәstәlәrin sayı isә 922 min 862-ә çatıb.

1406538
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sürәtlә yayılmağa davam edir. Epidemiya səbəbindən indiyədək həyatını itirənlərin sayı 212 min 300-ü, yoluxanların sayı isə 3 milyon 81 min 500-ü keçib. Müalicә olunan xәstәlәrin sayı isә 922  min 862-ә çatıb.

İranda yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayo 5 mini, infeksiyaya yoluxanların sayı isә 92 mini keçib.

Çindә koronavirusdan ölәnlәrin sayı 4 min 633 nәfәr hәyatını itirib, infeksiyaya yoluxanların sayı 82 min 830-a çatıb. Mәlumata görә, Xubey әyalәtindә virus sәbәbindәn müalicә olunan xәstә qalmayıb.

Pakistanda epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 301-ә, infeksiyaya yoluxanların sayı isә 14 min 79-a çatıb.

Şimali Kıbrıs Türk Cümhuriyyәtindә son 10 gündә virusa yoluxan olmayıb. Ölkәdә virusa yoluxanların ümumi sayı 108-dir.

Әlcәzairdә  yeni növ koronavirusdan hәyatını itirәnlәrin sayı 432 nәfәrә çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı 3 min 517-ә çatıb. Hökumәt epidemiya ilә bağlı görülәn tәdbirlәr çәrçivәsindә karantin rejiminin müddәtini mayın 14-dәk uzadıldığını açıqlayıb.

Madaqaskarın yeni növ koronavirusa qarşı hazırladığı dәrmanı Seneqaldan sonra Qvineya-Bisau da tәlәb etdi. Madaqaskar Tәdqiqat İnstitutunun alimlәri malyariyanın müalicәsindә istifadә edilәn ‘‘artemisiya’’ bitkisindәn hazırlanan ‘‘Cocid Organics’’ dәrmanının  immune sistemini güclәndirdiyini bildirir.

Afrika qitəsində "Covid-19"dan ölənlərin sayı 467 minə, yoluxanların sayı 33 min 272- yüksəlib. Qitə miqyasında bu günə qədər 10 min 91 nəfər (xəstələrin 30 faizdən çoxu) sağalıb.



Әlaqәli Xәbәrlәr