"Türkiyənin yardımlarının fərqindəyik", H.Kluge

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge mətbuat konfransında suallara cavab verib.

1399466
"Türkiyənin yardımlarının fərqindəyik", H.Kluge

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı mübarizədə İngiltərə, İtaliya, İspaniya və Balkan ölkələrinə tibbi avadanlıq dəstəyinin tamamilə fərqində olduqlarını ifadə edib.
Bu barədə Hans Kluge keçirdiyi mətbuat konfransında verilən suala cavabında danışıb.
Kluge Türkiyənin Avropada və dünyada bir çox ölkəyə tibbi avadanlıq köməyi göndərdiyini, aprelin 2-də səhiyyə naziri Fəxrəddin Koca ilə 1 saata yaxın telekonfrans vasitəsilə görüş keçirdiklərini xatırladıb.
Kluge "Xüsusilə "Covid-19" barəsində danışdıq. Ayrıca  iki illik yeni müqavilə də imzaladıq. ÜST adından Türkiyə hökumətinə həmrəyliyə görə təşəkkürümü bildirdim" deyib.
Kluge, Türkiyənin başda İngiltərə, İtaliya, İspaniya və Balkan ölkələrinə təmin etdiyi tibbi avadanlıq dəstəyinə 
 toxunaraq "Həqiqətən (Türkiyənin) təmin etdiyi dəstəyin tamamilə fərqindəyik. "Covid-19" yeni bir virus, hər gün öyrənməyə davam edirik. Buna görə həmrəylik göstərilməsi çox əhəmiyyətlidir" ifadəsini işlədib.
Direktor Kluge Türkiyənin göstərdiyi həmrəyliyi ÜST Avropa bölgəsində daha çox görməyə başladıqlarını, bunun da ümidverici olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr