Xәlifә Hafterә ağır zәrbәlәr endirilib
Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinә sadiq birliklәrin sözçüsü Mәhәmmәd Kununu mәlumat verib.
1398517
Beynәlxalq sәviyyәdә legitimliyi olan Liviya Milli Hәmrәylik Hökumәti ölkәnin qәrbindәki Vatiyyә hәrbi hava bazasında olan Xәlifә Hafterә sadiq silahlılara qarşı hava әmәliyyatı hәyata keçirib.
Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinә sadiq birliklәrin sözçüsü Mәhәmmәd Kununu mәlumat verib.
Kanunu Xәlifә Hafterә sadiq silahlılara qarşı hava hücumu hәyata keçirdiklәrini qeyd edib.
Liviya Milli Hәmrәylik Hökumәtinә sadiq qüvvәlәr dünәn ölkәnin qәrbindә keçirilәn әmәliyyatlar nәticәsindә 3 min kvadrat kilometrlik sahәni Hafter silahlılarından tәmizlәmişdi.
Әlaqәli Xәbәrlәr
Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib ...