Qərbdə korona virusuyla əlaqədar 19 marta olan məlumat

Yeni tip korona virusuna (Covid-19) yoluxma dünya üzrə 220 min, ölüm hadisəsi isə 8972 oldu.

1381280
Qərbdə korona virusuyla əlaqədar 19 marta olan məlumat

 

  Yeni tip korona virusuna (Covid-19) yoluxma dünya üzrə 220 min, ölüm hadisəsi isə 8972 oldu.

  Virusdan Avropada ən çox təsirlənən İtaliyada can itkisi 475 nəfər artaraq 2978 olub. 35 mini keçən yoluxma hadisəsindən 7 faizi səhiyyə işçiləridir. Ölkənin baş naziri Cüzeppe Konte (Giuseppe Conte) korona virusla əlaqədar apreldə başa sona çatacaq təcrid tədbirlərinin müddətinin uzadılacağını açıqlayıb.

  Fransada həyatını itirənlərin sayı 274-ə yüksəlib, yoluxma isə 9 mini keçib. Ölkənin daxili işlər naziri Kristof Kastaner (Christophe Castaner) epidemiyanı dayandırma məqsədiylə başlanılan 15 günlük karantin müddətinin uzadıla biləcəyini söyləyib.

  Əlcəzair Səhiyyə Nazirliyindən edilən şərhdə ölkədə 32 yoluxma hadisəsi təsbit olunduğu, can itkisinin 8-ə çıxdığı bildirilir.

  Almaniya kansleri Angela Merkel xalqa səslənərək həmrəylik göstərməyə, intizamlı olmağa çağırıb və deyib: "Bir müddət etibarlı olacaq qaydalara riayət etmək vacibdir."

  Almaniya epidemiya ilə əlaqədar Türkiyə ilə “Üçüncü ölkəyə yerləşdirmə mühacir qəbul proqramı”nı müvəqqəti dayandırdı.

  Virusla mübarizədə fərqli yol izləyərək “ictimai immunitet” strategiyası icra edən İngiltərə isə daha çox müqavimət göstərə bilməyərək 19 martdan bütün məktəbləri bağlama qərarı verdi. Ölkədəki universitetlər  bundan əvvəl öz təşəbbüsləriylə bağlanma qərarı almış və onlayn təhsil sisteminə keçmişdilər.

  İngiltərədə korona virusundan biri türk olmaqla 104 adam həyatını itirib, yoluxma hadisəsi 2526-ya çıxıb.

  İngiltərə Xalq Səhiyyə Təşkilatı “Covid-19” bulaşıb bunu xəstə olmadan sovuşdurmanın yolu üzərində elmi testlər aparır.

  Yunanıstanda epidemiyanın bir əsgərdə orduya yaluxduğu bildirilib.

  Şimali Makedoniyanın prezidenti Stevo Pendarovski ölkə Fövqəladə Vəziyyət elan edib. Yoluxma hadisəsi sayının 35 olduğu ölkədə xalqa evlərində qalmaları söylənilib.

  155 can itkisi və 9400-ü keçən yoluxma hadisəsi qeydə alınan Amerika Birləşmiş Ştatlarında Nümayəndələr Palatasının Florida üzrə Respublikaçı Partiyadan üzvü Mario Diaz-Balart və Utah nümayəndəsi, Demokrat Partiyadan Benjamin MakAdamsa “Covid-19” diaqnozu qoyulub.

  ABŞ prezidenti Donald Tramp Kanada ilə sərhədləri bağlanılması ilə bağlı “twitter” hesabından məlumat yayıb.

  Kanadada isə “Covid-19”dan həyatını itirənlərin sayı 9, yoluxma hadisəsi sayı isə 727-ə yüksəlib. Epidemiya ilə əlaqədar karantin altında olan baş nazir Castin (Justin) Trudeau bu şərtlərdə üçüncü dəfə mətbuat konfransı keçirərək kanadalılara gəlir dəstəyi, ödəniş subvansiyaları və vergi təxirə salmalarının daxil olduğu 82 milyard dollarlıq yardım paketini açıqlayıb. Ölkədə Fövqəladə Vəziyyət elan olunub.

  118 “Covid-19” yoluxma hadisəsi təsbit edilən Latın Amerikası ölkəsi Meksikada isə korona virusdan qaynaqlanan ilk ölüm baş verib.

  Kariblər ölkəsi Kubada 61 yaşlı bir xəstə həyatını itirib. Ölkədə yoluxma hadisə sayı 7-dir.

  Kosta Rikada bir adam ölüb.

  Kolumbiyada Fövqəladə Vəziyyət elan edilib. Əhalisi 48 milyonu keçən ölkədə 93 adamda virus aşkarlanıb.

  Cənubi Sakit Okean ölkəsi Fijidə ilk yoluxma hadisəsi təsbit edilib.

  Yeni Zelandiya 19 mart gecə yarısından etibarən vətəndaşları və daimi qeydiyyat icazəsi olanlar xaricindəki hər kəsə sərhədlərini bağlayacağını açıqlayıb.

  6 adamın həyatını itirdiyi, yoluxma hadisəsi sayının 710-a yüksəldiyi Avstraliya hökuməti virusun yayılmasının qarşısını almaq məqsədiylə ölkə vətəndaşları, qeydiyyatda olanlar və onların ailə üzvləri xaricindəki heç kəsin qəbul edilməyəcəyini bildirib. Avstraliyanın milli hava yolu şirkətləri “Qantas və “Jetstar” mart ayının sonundan may ayının sonuna qədər beynəlxalq uçuşlara ara verəcəklərini açıqlayıb.



Әlaqәli Xәbәrlәr