Korona virusuyla bağlı Şərqin vəziyyəti

Şərqdə də yeni tip korona virusu (Covid-19) epidemiyasından həyatını itirənlərin sayı çoxalır...

1378189
Korona virusuyla bağlı Şərqin vəziyyəti

 

  Çində yeni tip korona virusu (Covid-19) epidemiyasından həyatını itirənlərin sayı 3193-ə çıxdı. Ölkənin Milli Səhiyyə Komissiyasından verilən məlumata görə, “Covid-19” virusundan ölkədə 13-14 mart tarixləri arasında 13 adam həyatını itirib, 11 nəfərdə isə yoluxma hadisəsi qeyd edilib. Ölkədə can itkisi 3193-ə yüksəlib, 3610-unun vəziyyəti ağırdır, ümumilikdə isə yoluxma hadisəsi 80 min 824 olub. Virusla bağlı şübhəli sayı 115, karantində olan adam sayı isə 10 min 879-a enib. Martın 14-ünə qədər sağalaraq xəstəxanadan buraxılanların sayı 65 min 541 olub.

  Honq Konqda isə yoluxma hadisəsi sayı 137-yə çıxıb.

  Çin və İtaliyadan sonra ən çox can itkisinin yaşandığı ölkə İrandır. Son 24 saatda (14 mart) korona virusla bağlı 97 adamın həyatını itirməsiylə ğlən adam sayı 611-ə yüksəlib. Ölkədə yoluxma sayı da 1365 adam artaraq 12 min 729-a çatıb. “Covid-19” diaqnozu qoyulanlardan 4339 adam isə yaxşılaşaraq xəstəxanadan buraxılıb. İranda 50 laboratoriyada gündəlik təxminən 6 min adama “Covid-19” testi edildiyi bildirilir.

  Yaponiyada virusla bağlı həyatını itirənlərin sayı 28, təsbit edilən yoluxma hadisələrinin sayı isə 712-ə çıxıb.

  Qətərdə yenə 58 adamda virus müəyyən edilməsiylə hadisə sayı 320-ə yüksəlib.

  80 adamda korona virusu olduğu çıxan Küveytdə xalqa "zərurət olmadıqca evdən çıxmamaları” tövsiyə olunub.

  Xəstə sayının 35 olduğu Qəzzada “Covid-19” epidemiyasına qarşı görülən tədbirlər çərçivəsində 2667 adam karantinə alınıb.

  Səudiyyə Ərəbistanı yeni tip korona virusu ilə əlaqədar 15 mart yerli saatla 11.00-dan etibarən zəruri uçuşlardan başqa digər bütün xarici təyyarə səfərlərinin iki həftəliyə saxlanılıb.

  “Covid-19” səbəbiylə ilk ölümün reallaşdığı Ukraynada isə iki həftə ərzində xarici ölkələrə bütün sərhədlərin bağlanılacağı bilidirlib.

  Azərbaycanda ölkə diametrində bütün kütləvi tədbirlər 1 aylıq müddətinə təxirə salınıb.

  Sudanda bir vətəndaş bu virusdan həyatını itirib.

  Qərbi Afrika ölkəsi Movritaniyada ilk “Covid-19”a yoluxma hadisəsi qeyd edilib. Xəstə Avropa vətəndaşıdır.

  Qinedə də ilk yoluxma hadisəsi müəyyən olub.

  Sudan və Qambiyada virusun təsirli olduğu ölkələrə səfərlər qadağan olunub.

  Seneqalda korona virusa yoluxma hadisəsi bir gündə iki qatına çıxaraq 21, Əlcəzairdə 27, Mərakeşdə 8-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr