Çindǝ koronavirus qurbanlarının sayı artmaqda davam edir

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib.

1371447
Çindǝ koronavirus qurbanlarının sayı artmaqda davam edir

 

Çindә yeni növ koronavirus (Kovid-19) epidemiyası sәbәbindәn hәlak olanların sayı 2 min 983 nәfәrә çatıb.

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. 

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 38, hәlak olanların ümumi  sayı isә 2 min 983 nәfәrә çatıb. Belәliklә koronavirus epidemiyası sәbәbindәn indiyәdәk xәstәxanaya müraciәt edәnlәrin sayı 180 mini keçib. Mǝlumata görǝ, ölkǝdǝ daha 119 nǝfǝrdǝ yeni növ koronavirus aşkar edilib.

Qeyd edәk ki, yeni növ  koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı. Ümumdünya Sәhiyyә Tәşkilatı koronavirusun yayılması ilә әlaqәdar fövqәladә vәziyyәt  elan etmişdi.


Etiketlәr: #epidemiya , #koronavirus , #çin

Әlaqәli Xәbәrlәr