Liviya Türkiyəyə təşəkkür etdi

Liviyanın beynəlxalq legitimliyi olan qanuni nümayəndəsi Milli Həmrəylik Hökumətinin Sədrlik Şurası üzvü əl-Ammari Zayid “prinsipial mövqeyi və dəstəyi” üçün Türkiyəyə təşəkkür edib.

1356132
Liviya Türkiyəyə təşəkkür etdi

Liviyanın beynəlxalq legitimliyi olan qanuni nümayəndəsi Milli Həmrəylik Hökumətinin Sədrlik Şurası üzvü əl-Ammari Zayid “prinsipial mövqeyi və dəstəyi” üçün Türkiyəyə təşəkkür edib.

Milli Həmrəylik Hökuməti tərəfindən yayılan yazılı açıqlamada Zayid və Türkiyənin Tripoli səfiri Sərhat Aksenin fevralın 9-da Tripolidəki baş nazirlik binasında görüş keçirdiyi bildirilib.

Açıqlamada Zayid və Aksenin ikitərəfli əlaqələr Liviyadakı siyasi və hərbi vəziyyət, Cenevrədəki daimi atəşkəs üçün 5+5 danışıqları, Liviya mövzulu iqtisadi və siyasi müzakirələrlə bağlı mövzuları müzakirə etdikləri bildirilib.

Zayid görüşdə Milli Həmrəylik Hökumətinin “hazırda daha güclü və hücumların öhdəsindən gələrək bütün Liviya torpaqlarını geri qazanacaq vəziyyətdə olduğunu” söyləyib.

Liviyanın şərqindəki qeyri-rəsmi silahlı qüvvələrin başçısı Xəlifə Hafterin yer aldığı şəraitdə siyası həll cəhdlərinə qarşı nikbin olmadıqlarını vurğulayan Zayid Hafter və ona dəstək olan ölkələrin siyasi həllə inanmadıqlarını, beynəlxalq toplantılarda iştirak edərək sadəcə vaxt qazanmağı məqsəd götürdüklərini ifadə edib.

Zayidin Türkiyənin Liviyaya dəstəyi və Ankaranın Liviya məsələsində mülki vətəndaşların, paytaxtın və dövlət qurumlarının qorunması üçün prinsipial mövqeyinə görə səfir Aksenə təşəkkür etdiyi bildirilib.

Səfir Aksenin isə, görüş zamanı Milli Həmrəylik Hökumətinin haqlı tələblərinə uyğun daimi atəşkəsin təmin olunması və Liviyada dinclik və sabitliyin təmini üçün Milli Həmrəylik Hökumətilə əməkdaşlıq və koordinasiyalı şəkildə hərəkət etdiklərini vurğuladığı qeyd olunub.



Әlaqәli Xәbәrlәr