Xәlifә Hafterә sadiq qüvvәlәr mülki vәtәndaşları hәdәf almağa davam edir

Liviyanın şәrqindәki silahlı qruplaşmaların lideri Xәlifә Hafterә sadiq qüvvәlәr  mülki vәtәndaşları hәdәf almağa davam edir.

1354627
Xәlifә Hafterә sadiq qüvvәlәr mülki vәtәndaşları hәdәf almağa davam edir

 

Liviyanın şәrqindәki silahlı qruplaşmaların lideri Xәlifә Hafterә sadiq qüvvәlәr  mülki vәtәndaşları hәdәf almağa davam edir.

Xәlifә Hafterә sadiq qüvvәlәrin törәtdiyi son hücum nәticәsindә bir mülki vәtәndaş hәlak olub, 2 nәfәr dә yaralanıb. 

Beynәlxalq sәviyyәdә legitimliyi olan Liviya Milli Hәmrәylik Hökumәtinә tabe olan Sәhiyyә Nazirliyi  Hafterә sadiq qüvvәlәrin gecә radәlәrindә paytaxt Tripolinin cәnubundakı Әl-Hadba әl-Bedri bölgәsinә raket hücumu tәşkil etdiyini bildirib.

Mәlumata görә, yaşayış mәntәqәlәrinә endirilәn raket zәrbәlәri nәticәsindә bir nәfәr hәlak olub, iki nәfәr dә yaralanıb.

Qeyd edәk ki, Hafterә sadiq qüvvәlәr daha әvvәl dә bu bölgәyә hücum etmişdi vә dörd uşağı öldürmüşdü.

Xәlifә Hafterә sadiq qüvvәlәrin son bir hәftә әrzindә Tripoliyә endirdiyi zәrbәlәr nәticәsindә altısı uşaq olmaqla azı on nәfәr hәlak olmuşdu.

Hafetrә sadiq qüvvәlәrin atdığı raket mәrmisinin Tripoli Universitetinin yaxınlığına düşdüyü bildirilib.



Әlaqәli Xәbәrlәr