Avropalıların təxliyə prosesi davam edir

Yeni növ koronavirus epidemiyasının mərkəzi olan Çinin Uxan şəhərindən təxliyə edilən Avropa vətəndaşlarını daşıyan ikinci təyyarə Fransaya çatıb.

1351780
Avropalıların təxliyə prosesi davam edir

Yeni növ koronavirus epidemiyasının mərkəzi olan Çinin Uxan şəhərindən təxliyə edilən Avropa vətəndaşlarını daşıyan ikinci təyyarə Fransaya çatıb.

Fransız mətbuatındakı xəbərlərə görə, Uxandan hərəkət edən təyyarə fevralın 2-də yerli vaxtla saat 14:30 radələrində ölkənin cənubundakı İstres hərbi hava limanına çatıb.

Təyyarədə Belçika, İsveç, Hollandiya vətəndaşları və 65-i fransız olmaqla  250 nəfər olub.

Fransızlar tədbir məqsədilə 14 gün müddətində Marsilya şəhəri yaxınlığında bir tətil mərkəzində, digər şəxslər isə başqa bir mərkəzdə karantin altında qalacaqlar.



Әlaqәli Xәbәrlәr