Birlәşmiş Әrәb Әmirliklәrindә koronavirusa yoluxan ilk ailə qeydə alınıb

Bu barәdә Birlәşmiş Әrәb Әmirliklәrinin Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1349474
Birlәşmiş Әrәb Әmirliklәrindә koronavirusa yoluxan ilk ailə qeydə alınıb

 

Birlәşmiş Әrәb Әmirliklәrindә dә yeni növ koronavirusa yoluxan ilk ailә qeydә alınıb.

Bu barәdә Birlәşmiş Әrәb Әmirliklәrinin Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda  virusa yoluxan ailәnin  Çinin Vuhan şәhәrindәn gәldiyi bildirilib. Mәlumatda hәmçinin virusa yoluxan ailәnin vәziyyәtinin stabil olduğu qeyd olunub. Virusa yoluxanların tibbi nәzarәt altında olduğu bildirilir.

Nazirlikdәn verilәn açıqlamada Ümumdünya Sәhiyyә Tәşkilatının müәyyәn etdiyi şәrtlәrә görә lazımi tәdbirlәrin görüldüyü vurğulanıb.



Әlaqәli Xәbәrlәr