Liviyada müxalif qüvvələr atəşkəs rejimini pozurlar

Liviyada müxalif lider Xəlifə Hafterə mənsub silahlılar Berlin Konfransında liderlərin etdikləri çağırışlara baxmayaraq paytaxt Tripolinin cənubunda müxtəlif cəbhələrdə hücumlar təşkil edərək atəşkəs rejimini pozmaqda davam edirlər.

1346416
Liviyada müxalif qüvvələr atəşkəs rejimini pozurlar

Dünən gün ərzində  paytaxt Tripoli partlayış səsləriylə sarsıldı. Hafter qüvvələri səhər radələrində paytaxtın cənubundakı Hallatat cəbhəsindən hücumlar təşkil edərək atəşkəs rejimini intensiv olaraq pozdular. Ancaq Liviya Milli Həmrəylik Hökuməti qüvvələrinin müdaxiləsi ilə hücumların qarşısı alındı.

Bölgədən əldə edilən məlumata görə Xafter qoşunlarının Tripolinin cənubundakı Remlə ərazisində yerlişmiş hava limanı istiqamətinə irəlləyişi davam edir.



Әlaqәli Xәbәrlәr