Liviyada Hafter qüvvələrinin hücumu nəticəsində bir qadın ölüb

Liviyanın paytaxtı Tripolinin şərqindəki Tacura bölgəsində qiyamçı Xəlifə Hafter qüvvələrinin havadan hücumlarında bir qadın həlak olub, dinc vətəndaşlardan iki nəfər isə yaralanıb.

1331569

Ölkədəki “February” telekanalının xəbərinə görə, Milli Həmrəylik Hökumətinin Səhiyyə Nazirliyi tərkibindəki Təcili Yardım və Fövqəladə Hallar İdarəsinin sözçüsü Usame Əli Hafter qüvvələrinin Tacura bölgəsində evlərdən birinə hücum etdiyini bildirib.  

Əli hücum nəticəsində bir qadının həyatını itirdiyini, 2 dinc vətəndaşın isə yaralandığını qeyd edib.

Milli Həmriylik Hökumətinin apardığı “Burkan əl-Qarab” əməliyyatının sözçüsü Musdafa əl Meci də Hafter qüvvələrinə məxsus döyüş təyyarələrinin Tacuradakı Keşlaf bölgəsində evlərdən birini hədəf aldığını, evin tamamilə yıxıldığını və yaralananların olduğunu bildirib.

Həmin tayyərələrin Tripolidəki Mitiga Beynəlxalq Hava Limanını da hədəf aldığını söyləyən Meci hücumun hava limanında hər hansı xəsarət yaratmadığını və hava hərəkətinin davam etdiyini vurğulayıb.  

Әlaqәli Xәbәrlәr