Liviyada Hafter qüvvələrinin Zaviyə şəhərini bombalaması nəticəsində iki nəfər ölüb

Liviyada qiyamçı general Xəlifə Hafter qüvvələrinə məxsus döyüş təyyarələrinin ölkənin qərbində yer alan Zaviyə kəndindəki yaşayış bölgələrinə etdiyi hücum nəticəsində 2 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.

1330373

Liviyada Zaviyə Təlim xəstəxanasının sosial şəbəkə səhifəsində yer alan bəyanatında Hafter milislərinə məxsus təyyarələrin Zaviyə şəhərini nizamsız hədəf aldığı bildirilib.

Bəyanatda hücum nəticəsində mülki vətəndaşlardan ikisinin öldüyü, 8-nin yaralandığı, yaralıların vəziyyətinin isə ağır olduğu qeyd edilib.

Liviyadakı Milli Həmrəylik Hökuməti isə hücumdan sonra verdiyi açıqlamada qiyamçı Hafter qüvvələrinin Zaviyə şəhərində bir əczaxana ilə dükanları hədəf aldığını bildirib.  

Açıqlamada hücum nəticəsində yaralanan və həyatını itirənlər arasında qadın və uşaqların olduğu qeyd edilib.

Digər tərəfdən Liviyanın qanuni hökumət qüvvələri paytaxt Tripolinin cənubunda yerləşən qiyamçı Hafterə sadiq muzdlu xarici milisləri ağır artilleriya atəşilə vurub.

Milli Həmrəylik Hökumətinin Burkan əl Qabad Əməliyyatının Mətbuat Mərkəzindən verilən bəyanatda Tripolinin cənubundakı Yermuk bölgəsində yerləşən Hafterə sadiq xarici milislərdən ibarət qüvvənin silah anbarının ağır artilleriya atəşilə bombalandığı bildirilib.

Әlaqәli Xәbәrlәr