Nigeriyada Boko Harama ağır zәrbәlәr endirilib, 13 terrorçu öldürülüb

Qərbi Afrika ölkəsi olan  Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatına qarşı thәyata keçirilәn əməliyyatda təşkilatın 13 üzvü öldürülüb.

1314841
Nigeriyada Boko Harama ağır zәrbәlәr endirilib, 13 terrorçu öldürülüb

 

Qərbi Afrika ölkəsi olan  Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatına qarşı hәyata keçirilәn əməliyyatda təşkilatın 13 üzvü öldürülüb.

Nigeriya Ordusunun  Əməliyyatlar üzrә mәtbuat katibi  Aminu Iliyasu  jurnalistlərə verdiyi açıqlamada  Borno әyalәtinin Duquri bölgәsindә Boko Haram qruplaşmasına qarşı  əməliyyatın keçirildiyini söylәyib.

Iliyasu  əməliyyat nәticәsindә  13 təşkilat üzvünün zrәrәrsizlәşdirildiyini ifadә edәrәk xәsarәt alan terrorçuların әksәriyyәtinin qaçdığını deyib.

İliyasu  əməliyyat zamanı  4 əsgərin yaralandığını, təşkilata aid avtomobillər, silah və sursatın da ələ keçirildiyini qeyd edib.

Qeyd edәk ki, Borno әyalәtindә iki gün әvvәl keçirilәn әmәliyyat zamanı isә 9 terrorçu öldürülüb.



Әlaqәli Xәbәrlәr