“Türkiyənin Avropadan uzaqlaşmaması avropalıların mənfəətinədir”, H.Maas

Almaniya xarici işlər naziri Hayko Maas NATO-da əhəmiyyətli bir partnyor olan Türkiyənin Avropadan uzaqlaşmamasının avropalıların marağına olduğunu söyləyib.

1309632
“Türkiyənin Avropadan uzaqlaşmaması avropalıların mənfəətinədir”, H.Maas

Almaniya xarici işlər naziri Hayko Maas NATO-da əhəmiyyətli bir partnyor olan Türkiyənin Avropadan uzaqlaşmamasının avropalıların marağına olduğunu söyləyib.

Maas “Delfi” xəbər saytına verdiyi açıqlamada NATO ilə əlaqədar mübahisələri qiymətləndirib.

Maas Türkiyənin “Sülh çeşməsi” hərəkatına dair Suriyanın şimalındakı vəziyyətin diqqət mərkəzlərində olduğuna işarə edərək, “Həmin səbəbdən hazırda NATO Xarici İşlər Nazirlərilə görüşlərimiz yaxşıdır. Rəsmi Ankara ilə fərqliliqlər var, ancaq NATO-da da əhəmiyyətli partnyor  olan Türkiyənin Avropadan uzaqlaşmaması bizim mənfəətimizədir” deyib.

Almaniya xarici işlər naziri Fransa prezidenti Emmanuel Makronun “NATO-nun beyin ölümü reallaşıb” ifadəsinin əksinə NATO-nu gücləndirəcək mexanizmin faydalı olacağını düşündüyünü söyləyib.

Maas NATO-nun yerini alacaq bir alyans əvəzinə NATO-nu daha da gücləndirəcək və müasir bir qurğuya sahib olduğuna diqqət çəkərək, “Əlbəttə ki, Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməlidir. Bu səbəbdən təhlükəsizlik siyasətində əməkdaşlığı gücləndirmək düzgün bir qərardır, ancaq bu NATO-nu əvəz edəcək bir alyans deyil, əksinə NATO-nu tamamilə gücləndirəcək bir birlik olmalıdır” deyə bildirib.  



Әlaqәli Xәbәrlәr