NATO-ya üzv dövlәtlәrin müdafiә nazirlәri Brüsseldә görüşәcәklәr

Bu barәdә NATO-nun baş katibi Yens Stoltenberq mәlumat verib.

1293361
NATO-ya üzv dövlәtlәrin müdafiә nazirlәri Brüsseldә görüşәcәklәr

 

NATO-ya üzv 29 ölkәnin müdafiә nazirlәri Suriya, Rusiya, Әfqanıstan vә hibrid təhdidləri kimi mövzuları müzakirә etmәk üçün sabah Belçikanın paytaxtı Brüsseldә bir araya gәlәcәklәr.

Bu barәdә NATO-nun baş katibi Yens Stoltenberq mәlumat verib.  Yens Stoltenberq bildirib ki, Suriyanın şimal-şәrqindәki proseslәr dә müzakirәyә çıxarılacaq  әsas mövzular arasındadır.

Suriya mövzusunun  bütün müttəfiqlər üçün  əhəmiyyətli olduğunu bildirәn Yens Stoltenberq  bu çərçivədə NATO-nun  üzv ölkələrin "şәffaf vә sәmimi" müzakirələr aparması üçün sәylәr göstәrәcәyini ifadә edib.

Yens  Stoltenberq  müdafiə nazirlərinin eyni zamanda terror təşkilatı DEAŞ-la mübarizə mәsәlәsini  də müzakirə edəcəyini bildirib.

"DEAŞ-a qarşı əldə etdiyimiz nailiyyətlərin qorunub saxlanması  böyük əhəmiyyət kәsb edir",-deyә Yens Stoltenberq vurğulayıb.

NATO-nun terrorla  mübarizə mәsәlәsindә  aparıcı rol oynadığını qeyd edən Yens Stoltenberq  bu çәrçivәdә İraqdakı təlim  missiyası və Əfqanıstan missiyasının əhəmiyyətinə işarə edib.

Öhdәliklәrin bölgüsü məsələsinә dә toxunan Yens Stoltenberq  müttəfiqlərdən hәyata keçirilәn missiyalara daha çox töhfə vermələrini tələb edəcəyini açıqlayıb.

NATO baş katibi  Stoltenberq  müttəfiqlərin eyni zamanda hibrid təhdidlərə qarşı görüləcək tədbirləri müzakirə edəcəyini bildirib.

Xüsusilə mülki infrastrukturun qorunmasının əhəmiyyətinә  işarə edən Stoltenberq  müdafiə nazirlərinin sülh, böhran və qarşıdurma dövrlərində rabitə sistemlərinin etibarlılığını güclәndirmәyә yönəlik cəhdləri müzakirә edәcәyini  deyib.

NATO-nun baş katibi  alyansa üzv dövlәtlәrin  müdafiə nazirlərinin eyni zamanda Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasına  dair proseslər fonunda silahlanma nəzarətini dә gündәmә gәtirәcәyini ifadә edib. 

Yens Stoltenberq hәmçinin NATO-ya üzv ölkәlәrin hökumət və dövlət başçılarının dekabr ayının  əvvəlində İngiltərənin paytaxtı Londonda bir araya gәlәcәyini  xatırladıb.



Әlaqәli Xәbәrlәr