İngiltərədə yük maşınında tapılan 39 nəfərin meyiti
İngiltərənin Essex bölgəsində yük maşınında 39 nəfərin meyiti aşkarlanıb.
1293254
İngiltərənin Essex bölgəsində yük maşınında 39 nəfərin meyiti aşkarlanıb.
Meyiti tapılan şəxslərin miqrant olduğu bildirilir.
Polis faktla bağlı 25 yaşlı Şimali İrlandiya vətəndaşını şübhəli şəxs qismində saxlayıb.
Polisdən bildirilib ki, yük avtomobili İngiltərəyə oktyabrın 19-da Bolqarıstandan gəlib.
"Bir neçə nəfərin həyatını itirdiyi faciə ilə üz-üzəyik. Nə baş verdiyini anlamağa çalışırıq. Hazırda meyitlər müayinə olunur. Lakin bu proses uzun çəkə bilər", - deyə Endryu Mariner adlı polis səlahiyyətlisi qeyd edib.
Meyitlər aşkarlandıqdan sonra əraziyə çoxlu polis və təcili yardım cəlb edilib.
Әlaqәli Xәbәrlәr
Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.