İndoneziyada korrupsiyada ittiham olunan nazir istefa verdi

İndoneziyanın korrupsiyada ittiham olunan gənclik və idman naziri İmam Nahravi tutduğu vəzifədən istefa verdi.

1272663
İndoneziyada korrupsiyada ittiham olunan nazir istefa verdi

İndoneziyanın korrupsiyada ittiham olunan gənclik və idman naziri İmam Nahravi tutduğu vəzifədən istefa verdi.

Bu barədə məlumatı "Tempo" qəzeti yaydı. 

Qəzetin xəbərinə görə, korrupsiya üzrə istintaq işində adı keçən Nahravinin Milli İdman Komitəsinin fondundan 26,5 milyard rupi (təxminən 1,9 milyon dollar) rüşvət almasına dair iddia onun istefasına səbəb olub.

Nahravinin istefa ərizəsini qəbul edən dövlət başçısı Joko Vidodo  gənclik və idman naziri vəzifəsinə yeni təyinlə bağlı işlərin başladığını bildirib.

Qeyd edək ki, ötən gün ölkənin Korrupsiya ilə Mübarizə Qurumu Nahravinin rüşvət alması ilə bağlı istintaq işinin başladığını açıqlamışdı.

 

 



Әlaqәli Xәbәrlәr