İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә iki fәlәstinli dә şәhid olub

İsrail әsgәrlәrinin işğal altındakı Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn  aksiyaya sәrt müdaxilәsi nәticәsindә iki fәlәstinli dә  şәhid olub.

1265372

Fələstin Səhiyyə Nazirliyindən verilәn  yazılı açıqlamada  İsrail əsgərlərinin  nümayişçilәrә hәqiqi  güllə ilә  müdaxilə etdiyi  və iki fәlәstinlinin   şәhid olduğu bildirilib.

Mәlumatda hәmçinin 38-i hәqiqi güllә ilә olmaqla 66 fәlәstinlinin dә müxtәlif dәrәcәli xәsarәtlәr aldığı bildirilib.

Fələstinlilər 2018-ci ilin 30 mart tarixindәn etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhalinin üzərinə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin 2018-ci ilin 30 mart tarixindәn etibarәn keçirilәn aksiyalara sәrt müdaxilәsi nәticәsindә çox sayda fәlәstinli  şәhid olub, minlәrlә fәlәstinli dә  yaralanıb.

Әlaqәli Xәbәrlәr