İngiltərənin əmək naziri istefa verib

Amber Rudd  bu barədə şəxsi "Twitter" səhifəsində yazıb.

1265374
İngiltərənin əmək naziri istefa verib

İngiltərənin əmək  naziri Amber Rudd baş nazir Boris Cohnson ilə fikir ayrılıqları səbəbindən vəzifəsini və Mühafizəkarlar Partiyasını tərk edib.

Amber Rudd  bu barədə şəxsi "Twitter" səhifəsində yazıb.

"Mən Nazirlər Kabinetini tərk etdim və Mühafizəkarlar Partiyası mandatından imtina etdim. Mən yaxşı, sadiq mühafizəkarların qovulmasına laqeyd qala bilmərəm", - deyə Amber Rudd vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Boris Consonun qardaşı Co Conson da cümə axşamı günü  dövlət naziri vəzifəsindən istefa verdiyini açıqlamışdı.

''Bu, həll olunmayan bir gərginlik idi, amma başqalarının parlamentdə və nazirlikdə işə başlamağının vaxtı gəlib çatdı”,-deyə Böyük Britaniyanın baş naziri Boris Consonun qardaşı Co Conson qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr