Qәzzada törәdilәn partlayışda hәlak olanların sayı 3 nәfәrә çatıb

Qәzzanın qәrbindәki iki ayrı polis mәntәqәsindә baş verәn partlayış nәticәsindә şәhid olan polis sayı 3-ә yüksәlib.

1259661
Qәzzada törәdilәn partlayışda hәlak olanların sayı 3 nәfәrә çatıb

 

Qәzzanın qәrbindәki iki ayrı polis mәntәqәsindә baş verәn partlayış nәticәsindә şәhid olan polis sayı 3-ә yüksәlib.

Daxili İşlәr Nazirliyindәn verilәn mәlumata görә, partlayış nәticәsindә Saleme Macid en-Nedim, Vail Musa Məhəmməd Xəlifə ilə Ala Ziyad el-Garabili adlı polislərin şəhid olduğu, 3 polisin də yaralandığı bildirilib.

Nazirlikdәn bildirilib ki, bu cinayәti törәdәnlәrin adları  yaxın zamanda açıqlanacaq. Mәlumatda hәmçinin bu cinayәti törәdәnlәrin mühakimә olunacağı qeyd olunub.

Açıqlamada  İsrail ilə onun casuslarının  Qəzzadakı sabitliyә  zərbə vurmağa çalışdığı və bunun üçün müxtəlif yollara əl atdığı qeyd olunub.

Açıqlamada  hәmçinin qeyd olunub  ki,  təhlükəsizlik qüvvələri bu istiqamətdəkı bir çox  planın qarşısını alıb.

Daxili İşlər Nazirliyi  bütün Fələstin xalqını və fələstinli qrupları bu aktı törədənləri pisləməyə çağırıb.

Qeyd edәk ki, daha əvvəl verilәn  açıqlamada  partlayışlarda 2 fələstinlinin şəhid olduğu, 1-i ağır olmaqla çox sayda adamın da  yaralandığı bildirilmişdi.



Әlaqәli Xәbәrlәr