Səudiyyə Ərəbistanında əyləncə şəhərciyi açılır

Səudiyyə Ərəbistanında möhtəşəm “Six Flags Qiddiya” əyləncə zonasının yaradılmasının təqdimatı olub.

1258994
Səudiyyə Ərəbistanında əyləncə şəhərciyi açılır

  “Kaddiya” investisiya şirkəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı ər-Riyadın əyləncə, idman və incəsənət mərkəzinə çevrilməsi layihəsi çərçivəsində inşa ediləcək möhtəşəm “Six Flags Qiddiya” əyləncə bölgəsinin yaradılmasının təqdimatını keçirib.

  Şirkət krallığın paytaxtı yaxınlığında yerləşəcək “Kaddiya” əyləncə şəhərciyində tematik parkın dizayn-layihəsi barədə ətraflı məlumat verib. “Kaddiya” investisiya şirkətinin icraçı direktoru Maykl Renencer bildirib ki, “Six Flags Qiddiya” bölgəsində yüksək səviyyəli fəal tədbirlər həyata keçiriləcək. Layihədə yerli mədəni irsə və şirkətin baxışlarına uyğun innovasiyalı ideyalardan istifadə olunacaq. Əsas məqsəd əyləncə şəhərciyinin yerli və xarici qonaqlara sevinc və zövq bəxş etməkdir. Maykl Renencer vurğulayıb ki, bu layihə çərçivəsində, həmçinin 17 mindən artıq iş yerlərinin açılması da nəzərdə tutulur.

  2023-cü ildə açılışı nəzərdə tutulan “Six Flags Qiddiya” əyləncə parkında müxtəlif attraksionlar, o cümlədən “Şahin uçuşu” adlandırılacaq dünyanın ən uzun, hündür və sürətli “Amerika təpələri” attraksionu açılacaq. Əyləncə parkı 32 hektar ərazidə yerləşəcək, 28 təpədən və attraksionlardan ibarət olacaq, 6 mövzular üzrə zonalara bölünəcək.



Әlaqәli Xәbәrlәr