İspaniya hökumətinə sentyabrın 23-ünədək vaxt verildi

İspaniya partiyaları yeni hökumətin formalaşdırılması məsələsini azı bir ay müddətinə həll etməlidirlər.

1259465
İspaniya hökumətinə sentyabrın 23-ünədək vaxt verildi

 

  İspaniya partiyaları yeni hökumətin formalaşdırılması məsələsini azı bir ay müddətinə həll etməlidirlər.

  “El País”in yazdığına görə, ən son müddət sentyabrın 23-ü təyin edilib.

  Lakin partiyalar bu günədək razılığa gələ bilmirlər. Bu səbəbdən də ölkədə siyasi qeyri-stabillik davam edir.

  “Podemos” Partiyasının lideri Pablo İqlesias hesab edir ki, Sosialist Partiyası və “Podemos”un birgə çıxış edəcəyi koalisiya hökumətini formalaşdırmaq üçün Pedro Sançesin hələ vaxtı var. Amma onun fikri başqadır: hesab edir ki, partiyada fikir ayrılıqları çoxdur, bunlar da koalisiyanın yaradılmasına yol vermir.

  Qeyd edək ki, əgər hökumət təyin olunan müddətədək – sentyabrın 23-dək formalaşdırılmasa, o zaman ölkədə artıq il ərzində dördüncü dəfə növbədənkənar parlament seçkiləri keçiriləcək.



Әlaqәli Xәbәrlәr