Fələstinli ailələr İsraildən şəhidlərinin cənazələrini istəyirlər

Fələstinli ailələr İsrail qüvvələri tərəfindən şəhid edilən yaxınlarının cənazələrinin onlara təhvil vərilməsi tələbilə işğal altındakı İordan çayının qərb sahilində nümayiş keçiriblər.

1259496
Fələstinli ailələr İsraildən şəhidlərinin cənazələrini istəyirlər

Fələstinli ailələr İsrail qüvvələri tərəfindən şəhid edilən yaxınlarının cənazələrinin onlara təhvil verilməsi tələbilə işğal altındakı İordan çayının qərb sahilində nümayiş keçiriblər.

Ramallah şəhərindəki Əl-Manara meydanında bir araya gələn onlarla fələstinli İsrailin əlində olan şəhid cənazələrinin ailələrinə təhvil verilməsi barədə çağırış edib.

Şəhid ailələrinin sözçüsü Selva Hamad “Anadolu” xəbər agentliyinə verdiyi açıqlamada İsrailin şəhidlərin cənazələrini müsadirə etməklə insan haqlarını pozduğunu və bununla da şəhid ailələrini cəzalandırdığını bildirib.

Beynəlxalq ictimaiyyətə İsrail həmin mövzuyla əlaqədar təzyiq etmə çağırışı edən Hamad şəhidlərin cənazələri ailələrinə təhvil verilənə və itkin olanlar da ortaya çıxarılana qədər fəaliyyətlərini davam etdirəcəklərini söyləyib.

Mövzuyla bağlı daha əvvəl verilən açıqlamada İsrailin 51-i 2015-ci ildən bəridir olmaqla cəmi 304 şəhid cənazəsini müsadirə etdiyini bildirmişdi.

Fələstin İdarəsi 2008-ci ildə yaydığı bəyannamə ilə 27 avqustu şəhidlərin cənazələrinin təhvil verilməsi üçün “milli gün” elan etmişdi.



Әlaqәli Xәbәrlәr