Xәlifә Hafterә sadiq qüvvәlәrin 17 üzvü tәslim olub

Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Burkan әl-Qadab’’ әmәliyyatının rәsmi ‘‘Facebook’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib.

1257539
Xәlifә Hafterә sadiq qüvvәlәrin 17 üzvü tәslim olub

 

 

Liviyanın paytaxtı Tripoliyә hücum edәn Xәlifә Hafterә sadiq qüvvәlәrin 17 üzvü Milli Hәmrәylik Hökumәtinә tәslim oldu.

Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Burkan әl-Qadab’’ әmәliyyatının rәsmi ‘‘Facebook’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib.  Mәlumata görә,  Tripolinin cәnubundakı Hillet cәphәsindә yaşanan qarşıdurmalar zamanı  Hafterә sadiq qüvvәlәrin 17 üzvü silah vә sursatları ilә  tәslim olub.

Mәlumatda mәsәlә ilә bağlı әtraflı mәlumat verilmәyib.

Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum üçün göstəriş vermişdi. Buna cavab olaraq Milli Həmrəylik Hökumətinə sadiq qüvvələr də “Burkan əl-Qadab” əməliyyatını başlatmışdı.

Qeyd edәk ki, siyasi qeyri-sabitliyin hökm sürdüyü Liviyada Milli Hәmrәylik Hökumәtinә sadiq qoşunlar ilә Xәlifa Hafterә sadiq qüvvәlәr arasında şiddәtli toqquşmalar yaşanır.



Әlaqәli Xәbәrlәr